Bu aralar Azərbaycanda bir toyun qiyməti 20000 manatdan yuxarıdır. O da ən aşağı qiymət. Bir hə ya da yox deyəcəyiniz şey üçün bu qədər pul nəyə lazımdır ? Ona verəcəyiniz pula dünyanı gəzmək olar. Nəsə, mövzudan uzaqlaşmayaq.

Milli.Az kenquru.az-a istinadən bildirir ki, aşağıdakı qəribə adətlər onu göstərir ki, bu iş dünyanın hər yerində dərddir.

1. Odun kəsmə - Almaniya

Odun kəsmə - Almaniya

Bu adətdə yeni evlənən cütlüklər bir odunu mişarla iki yerə bölür. Bu, cütlüyün iş görməyə bacarıqlı olduqlarını və güclü insanlar olduqlarını simvolizə edir.

2. İki uşaq sahibi olma - Sudan

İki uşaq sahibi olma - Sudan

Sudandakı Nuer qəbiləsinin adətinə görə bir kişi, ancaq öküz sürüsü varsa evlənə bilər. Ancaq təkcə qəribə olan bu deyil. Adətə görə cütlük, iki uşaq sahibi olana qədər evlənmiş sayılmazlar. Əgər sadəcə bir uşaq olarsa kişi boşanma haqqına sahibdir. Həmçinin bəy ölərsə qardaşı dul qalan qadınla evlənə bilər.

3. Qab qırmaq - Qvatamela

Qab qırmaq - Qvatamela

Bəyin anası cütlüyün evlərində düyü və buğda olan bir qabı qırar. Bu hal bərəkəti simvolizə edir.

4. Gəlini qaçırıb pul istəmək - Rumıniya

Gəlini qaçırıb pul istəmək - Rumıniya

Gəlin, ailə ya da dostları tərəfindən qaçırılır. Bəy isə gəlinin sərbəst qalması üçün pul, içki ya da romantik bir jest edir.

5. Stəkan qırmaq - Yəhudi adəti

Stəkan qırmaq - Yəhudi adəti

Yəhudilər toyun sonunda bir zənbilə stəkan qoyurlar və ayaqları ilə əzərək qırırlar. Bunun birdən çox mənası vardır. Mənalardan biri evliliyin bütün çətinliklərini və gözəlliklərini birlikdə yaşayacaq olmalarıdır. Digər bir mənası isə həyat yoldaşlarının hər zaman yan-yana duracaqlarına söz vermələridir.

6. Ağlamaq - Çin

Ağlamaq - Çin

Çində yaşayan Tujia xalqının adətlərinə görə, gəlin toydan bir ay əvvəl başlayaraq hər gün bir saat boyunca ağlayar. Son on gündə buna anası da qatılır. Ayın sonunda isə ailədəki bütün qadınlar birlikdə ağlamağa başlayarlar.

7. Xınadan döymə hazırlamaq - Hindistan

Xınadan döymə hazırlamaq - Hindistan

Azərbaycandakı xına adətinin daha professional halı deyə bilərik Toydan əvvəl professional bir nəfər gəlinin əllərinə şəkildəkilə oxşar formada keçici döymələr edir.

8. Duz və çörək - Rusiya

Duz və çörək - Rusiya

Rusiyada gəlin və bəyin valideynləri, cütlüyü duz və çörəklə qarşılayır. Gəlin və bəy daha sonra çörəyi bölür və üzərinə duz qoyaraq bir-birnə yedirir. Deyilənə görə çörəyi bölən zaman kimin əlində böyük parça qalarsa o ailənin rəisi olacaqdır.

9. Oyuncaq gəlin - Puerto Riko

Oyuncaq gəlin - Puerto Riko

Toy zamanı gəlinə oxşar bir oyuncaq kukla qonaqlara verilir. Qarşılığında da səbətə pul qoymaları gözlənilir.

10. Gəlinə tüpürmək - Keniya

Gəlinə tüpürmək - Keniya

Keniyadakı Massai qəbiləsində qadınlar əsasən özlərindən yaşca daha böyük kişilərlə evlənirlər. Toyda gəlinin ataları və qarşdalıarı uğur gətirməsi üçün gəlinin başına tüpürür. Daha sonra gəlin və bəy birlikdə ata evindən çıxırlar və nə qədər uzaqda olursa olsun, yeni evlərinə yeriyərək gedirlər.

11. Tualet qadağası - İndoneziya

Tualet qadağası - İndoneziya

Buradakı Tidong qəbiləsinin adətinə görə cütlük, toydan sonrakı üç gün ərzində tualetə gedə bilməz. Bu səbəbdən cütlük toyda çox yeyib içmir. Üç gün boyunca tualetə getməməyin evliliyə yaxşı şans gətirəcəyinə inanılır.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin