Cümhuriyyətə aid dəyərli mənbələr əldə edildi

Cümhuriyyətə aid dəyərli mənbələr əldə edildi
13:03 11 Dekabr 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan Xalq Cümhuriyyətinə aid dəyərli materiallar əldə edib.

Muzeydən Publika.az-a verilən məlumatda bildirilib ki, bu materiallar dövrün öyrənilməsi üçün dəyərli mənbədir:

“Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqi və təbliğində mühüm işlər həyata keçirir. Bu yaxınlarda Muzey AXC tarixini əks etdirən dəyərli materiallar əldə edib. Muzeyin Neqativ fonduna 100-ə yaxın foto daxil olub. Hazırda fondun əməkdaşları tərəfindən yeni materiallar müəyyənləşdirilir, aktlaşdırılır və pasportlaşdırma işləri görülür. Bu neqativlər Azərbaycan tarixinin müstəqillik dövrünün daha dərindən öyrənilməsi və tədqiqiqində dəyərli mənbədir”.

Qeyd edək ki, AXC-nin 100 iliyi ilə əlaqədar Muzey materiallarından ibarət kataloqun nəşr olunması nəzərdə tutulub”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/223856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR