UEFA 2014-cü ilin simvolik yığmasını elan edib

UEFA 2014-cü ilin simvolik yığmasını elan edib
22:27 9 Yanvar 2015
146 İdman
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 22:23 ]


Bakı – APA. UEFA 2014-cü ilin simvolik yığmasını elan edib.

Apasport.az saytının məlumatına görə, ilin komandasında heyətə üç debütant və "Bavariya"nın dörd oyunçusu salınıb.

 

Ali futbol qurumunun rəsmi saytında 8,6 milyondan çox azarkeş səs verib. Bu isə rekord göstəricidi.

 

Qapıçı: Manuel Noyer ("Bavariya", Almaniya)

 

Müdafiəçilər: Serxio Ramos ("Real", İspaniya), Dieqo Qodin ("Atletiko, Uruqva), Filipp Lam ("Bavariya", Almaniya), David Alaba ("Bavariya"Avstriya)

 

Yarımmüdafiəçilər: Aryen Robben ("Bavariya" və Hollandiya), Anhel di Mariya ("Real"/ "Mançester Yunayted", Argentina), Toni Kroos ("Bavariya"/"Real"Almaniya)

 

Hücumçular: Lionel Messi ("Barselona", Argentina), Zlatan İbrahimoviç (PSJ, İsveç), Kriştianu Ronaldo ("Real", Portuqaliya)

 

Qeyd edək ki, komandanın 4-3-3 sxemi 37% səslə birinci olub. Ən çox səsi isə “Real”ın hücumçusu Kriştianu Ronaldo (623046) toplayıb. Dieqo Qodin, Anhel di Mariya və Toni Kroos ilk dəfə ilin komandasının heyətinə daxil edilib. Portuqaliyalı ulduz futbolçu isə 8-ci dəfə ardıcıl olaraq heyətə salınıb.

 

Maraqlıdır ki, UEFA yığmasının heyətində nə İngiltərə, nə də İtaliya çempionatlarında çıxış edən futbolçular yer almayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR