"Avropa İttifaqı ilə danışıqlar gələn ilin sonuna kimi bitəcək" - Məmmədquliyev

"Avropa İttifaqı ilə danışıqlar gələn ilin sonuna kimi bitəcək" - Məmmədquliyev
12:09 12 Dekabr 2017
28 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması məsələsi aktualdır. Amma inanmıram ki, bu, bir-iki il ərzində mümkün olsun".

 

APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

 

Nazir müavini bildirib ki, Avropa İttifaqı ilə danışıqlarda sektoral və siyasət blokunda irəliləyiş olsa da, ticarət və investisiya sahəsi üzrə danışıqlarda ləngimə müşahidə olunur.

 

"Bu, Azərbaycanın ÜTT-yə üzv olmaması ilə bağlı ola bilər. Onlar hər bir maddəyə ÜTT-ni daxil edirlər", - deyə o vurğulayıb.

 

 

Nazir müavini həmçinin deyib ki, dekabrın 15-də Avropa İttifaqıilə danışıqlarda sektoral blok üzrə əməkdaşlıq məsələlərinə dair videokonfrans olacaq. Burada enerji, ekologiya və digər sahələr müzakirə olunacaq.

 

O bildirib ki, qalan bloklar üzrə danışıqlar gələn ilin yanvar-fevralında keçirilə bilər: “Danışıqlarda tərəqqi var. Hesab edirəm ki, danışıqlar gələn ilin sonuna kimi bitəcək”.

 

Nazir müavini qeyd edib ki, Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetlərinə dair bir-iki məsələ qalıb: “Onlar da yaxın zamanlarda həll olacaq. Biz videokonfranslar aparırıq, lazım olsa, görüşmək də olar. Tərəfdaşlıq prioritetlərində Aİ ilə hansı sahələrdə işləyə biləcəyimiz qeyd olunub. Orada təxminən bütün sahələr var. Üç illik prioritetlər öz əksini tapıb. 2020-ci ilə kimi onların hamısını həll etmək lazımdır”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/289942

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR