Avstriyadakı partlayışdan sonra birjada qazın qiyməti kəskin artıb

Avstriyadakı partlayışdan sonra birjada qazın qiyməti kəskin artıb
18:22 12 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Avropanın ən böyük qazpaylayıcı mərkəzlərindən biri - Baumqartendə (Avstriya) baş verən partlayışdan sonra Böyük Britaniyada təbii qazın qiyməti 2013-cü ilin dekabr ayından sonra maksimuma çatıb.
“Report” bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.
Gələn ay üçün təbii qazın fyuçers qiymətləri 23% artaraq 9,82 dollar olub.
Qeyd edək ki, bu gün səhər Baumqarten şəhəri yaxınlığında qazpaylayıcı mərkəzdə güclü partlayış baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, 18 nəfər isə yaralanıb. Baumqarten qaz paylayıcı mərkəzi Avropanın üç qazpaylayıcı mərkəzindən biridir. Mərkəz Avstriyanın Slovakiya ilə mərkəzində yerləşir. Qərbi Avropaya nəql olunan Rusiya qazının 1/3-i bu mərkəzdən bölüşdürülür.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/avstriyadaki-partlayisdan-sonra-birjada-qazin-qiymeti-keskin-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR