Ağdaşda 17 yaşlı gənci qətlə yetirən şəxsi dayısı polisə təhvil verib

Ağdaşda 17 yaşlı gənci qətlə yetirən şəxsi dayısı polisə təhvil verib
16:37 14 Dekabr 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaş. 14 dekabr. REPORT.AZ/ Ağdaş rayonunda 17 yaşlı gənci qətlə yetirən şəxsi dayısı polisə təhvil verib.
"Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, Ağdaş şəhər sakini, Tərlan Hacıyev həmyerlisi Ətraf Nəsibovu  qətlə yetirdikdən sonra Qəbələ rayonunda yaşayan dayısının evinə qaçıb.
Dayısı məsələni bildirdikdən sonra ona polisə təslim olmasını deyib və bununla razılaşmayan T.Hacıyev dayısı gildən yaxınlıqdakı meşəyə doğru qaçıb. Dayısı bununla bağlı polisə məlumat verib və daha sonra bacısı oğlunun ardınca gedərək onu tapıb, əraziyə gələn polis əməkdaşlarına təhvil verib.

***15:37
Ağdaş. 14 dekabr. REPORT.AZ/ Ağdaş rayonunda 17 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb. 
"Report"un yerli bürosunun məlumatına görə,  Ağdaş Dövlət Hümanitar Kollecinin 3-cü kurs tələbəsi Ə.Nəsibovu ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirən, şəhərin Müşviq İsayev küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Tərlan Fikrət oğlu Hacıyev Qəbələ rayonunda hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. 
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agdasda-17-yasli-genci-qetle-yetiren-sexsi-dayisi-polise-tehvil-verib-teferruat

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR