"Bayern Münhen"in qapıçısı Sven Ulrayxdan yaxşı xəbər var.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 29 yaşlı qapıçı zədəsini sağaldıb və Bundesliqanın 17-ci turunda "Ştutqart"a qarşı oynaya biləcək. Məlumatı komandanın baş məşqçisi Yupp Haynkes təsdiqləyib.
"Bavariya"nın əsas qapıçısı Manuel Noyerin uzun müddətə sıradan çıxmasından sonra Ulrayx komandanın 1 nömrəsinə çevrilib.
O, cari mövsümdə 11 oyuna çıxıb. Ulrayxn meydana çıxmadığı son 3 oyunda "Bayern Münhen" cəmi 1 qol buraxıb və maksimum nəticə göstərib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində