Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə 2019-cu ildən başlanılacaq.

Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

Daha öncə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi prosesinin 2018-ci ilin yanvar ayından başlanacağı gözlənilirdi.

Nazirin sözlərinə görə, yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imzaların inteqrasiyası nəzərdə tutulub.

R.Quluzadə əlavə edib ki, bununla bağlı layihəyə "Microsof" şirkəti cəlb olunub. //Trend

Məleykə Əsədova və Ramiz Məlikin məhkəməsi başladı - Oxumaq üçün tıkla