Nədənsə müəyyən yaşdan sonra hər kəsdə cinsəlliklə bağlı maraq duyğusu artır. Cinsəlliklə bağlı hər kəsi ilk maraqlandıran öpüşməkdir. Sadə, asan görünsə də, əslində bir çox qəribə yönü var.

Milli.Az lent.az-a istinadən öpüşməklə bağlı maraqlı faktları təqdim edir.

- Bir çox insan ilk sevişmədənsə, ilk öpüşünü daha dəqiq xatırlayır.

- Heç kim niyə öpüşdüyündən tam olaraq əmin deyil. Öpüşmək bir anlamda bioloji olaraq "tüpürcək alış-verişi" kimi qəbul edilir.

- Öpüş həyat xilas edir. 1980-ci illərdə aparılan bir çalışmanın nəticələrinə görə, işə gedərkən evdən çıxanda həyat yoldaşını öpənlərin öpməyənlərdən daha az qəza keçirmə riski var, daha uzun yaşayır və daha çox gəlir sahibi olurlar.

- Öpüşmək hər mədəniyyətdə yoxdur əslində. Antropoloqların araşdırmasına görə, Asiya, Afrika və Cənubi Amerika mədəniyyətində "öpüşmək" deyilən şey yoxdur.

- Bəzi insanlar öpüşməkdən qorxur. İlk öpüş zamanı gərginlik olması normaldır. Ancaq bəzi insanlarda bu, xroniki hal alıb fobiyaya çevrilir. Öpüşmə qorxusunun adı isə "philemaphobia" adlanır.

- Öpüşmək sağlam qalmanıza kömək edir. Öpüşərkən tərəflərin bir-birindən aldığı bakteriyalar immuniteti gücləndirir. Çox tüpürcək isə ağız içindəki zərərli bakteriyaları yox edir. Yüksələn ürək döyüntüləri damarları genişləndirərək, təzyiqin azalmasına yardımcı olur.

- İngiliscə öpüşmənin mənası olan "kiss" köhnə ingilisdəki "cyssan" sözündən yaranıb. Öpüşərkən çıxarılan səsin təqlidi olaraq istifadə edildiyi deyilir.

- 3 insandan ikisi öpüşərkən başını sağa doğru əyir.

- Bir cütlük 58 saat 35 dəqiqə 58 saniyə dayanmadan öpüşərək rekorda imza atıb. Bu, taylandlı cütlük Ekkachai və Laksana Tiranaratdı.

- Öpüşmək eyni zamanda üz idmanıdır. Öpüşərkən çənə və ağız ətrafındakı əzələlər işləyir. 146 əzələ çalışır ki, bunların 34-ü üz əzələsi, 112-si postural əzələlərdir. Bir dəqiqəlik öpüşmə zamanı 26 kalori yandırmaq mümkündür.

- Qaranlıqda öpüşməyə kömək edən neyronlar var. İşıqlar yanmayanda yanımızdakı insanın dodaqlarını tapmağa hisslərimizi idarə edən bu neyronlar kömək edir.

- Öpüşmək idmanın beyinə göndərdiyi siqnalları göndərir. Ürəyin sürətli döyünməsi, dərin və nizamsız nəfəs almanıza kömək edir. Öpüşmək insanı güvəndə hiss etdirir, stressi azaldır.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin