ABŞ prezidenti Donald Tramp hesab edir ki, yeni milli təhlükəsizlik strategiyası iqtisadi rəqabəti artıracaq.
Metbuat.az-ın məlumatına görə, bu barədə o "Ağ ev"dəki çıxışı zamanı bildirib:
"Strategiyamızın məqsədi Amerikanın dünyadakı nüfuzunu artırmaqdır. Lakin bu, bizim ölkə daxilində sərvətimiz və qüdrətimizin möhkəmləndirilməsi ilə başlaya bilər. Amerika yenidən qabaqcıl ölkə olacaq. Biz heç kimə həyat yolumuzu diqtə etmək istəmirik. Lakin biz ideologiyamızı şərtlərdən asılı olmayaraq davam etdirəcəyik".