20 dekabr tarixində Park Cinema Flame Towers kinoteatrında yerli komediya "Qızqaçırtma" filminin qala-gecəsi uğurla baş tutmuşdur. Premyerada çox hörmətli qonaqlar, televiziya, şou-biznes və KİV nümayəndələri, blogerlər və s. iştirak etmişlər. Gecənin qonaqları filmi ilk izləyənlərdən biri olmaq, həmçinin gecəyə ev sahibliyi edən XəzərTV-nin çəkiliş qrupu ilə ünsiyyət qurmaq imkanı qazandılar.
"Qızqaçırtma" - Fariz Əliyevin rejissorluq etdiyi, komediya janrında çəkilmiş filmdir.
Film qızını ərə vermək istəyən imkanlı şəxsin qızına aşıq olan Gündüzdən bəhs edir. Gündüz "Qızqaçırtma" agentlyinin olduğundan xəbər tutur və sevdiyini qaçırtmaq üçün onlara müraciət etmək qərarına gəlir. Uzun səylərdən sonra onlar qızı qaçırırlar, lakin qaçırılan qız Gündüzün sevdiyi qız yox, onun əkiz bacısı olur...
"Qızqaçırtma" - hər kəsə gərgin iş günündən sonra ürəkdən gülərək dincəlib, gündəlik qayğıları unutduracaq komediyadır.
Filmin qəhrəmanları - Fərda Amin, Sevinc Səfərova, Sevil Səfərova, Məsumə Məmmədova, Elşən Hacıbabayev və başqaları.
Park Cinema - Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı rayonundakı "ASAN Həyat"-da yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir.