Bakı. 25 dekabr. REPORT.AZ/ Rusiya Futbol Ferasiyasının prezidenti Vitaliy Mutko tutduğu vəzifədən istefa verib.
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə qərarı, Mutko İcraiyyə Komitəsinin iclasında verib. RFF-in prezidenti vəzifəsini icra etmək müvəqqəti olaraq qurumun baş direktoru Aleksandr Alayevə həvalə olunub.