Naxçıvanda Ədliyyə Nazirliyinin Regional Məhkəmə Ekspertizası Mərkəzi yaradılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəhbəri Fuad Cavadov deyib.

O qeyd edib ki, regional mərkəz artıq fəaliyyət göstərir: "Hazırda mərkəz Naxçıvanda müstəqil fəaliyyət göstərir, müstəqil ekspertizalar keçirir. Doğrudur, işçi götürərkən bizə müraciət edirlər, lakin fəaliyyətləri tam müstəqildir".

Ümumilikdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycanda 3 regional filialının fəaliyyət göstərdiyini deyən F.Cavadov bildirib ki, Şəki, Gəncə və Şirvanda yerləşən həmin filiallarda bölgələrdə baş verən hadisələrlə bağlı ekspertizalar keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində