İtkin düşən alpinistlərin axtarışı dayandırıldı

İtkin düşən alpinistlərin axtarışı dayandırıldı
22:03 27 Dekabr 2017
405 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmamış "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları hava şəraiti ilə əlaqədar bugünlük dayandırılıb.

Fövqaladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə xidmətinin alpinisti Sima Səfərova AzVision.az-a bildirib ki, axtarışlar zamanı itkin düşən alpinistlərin hərəkət marşrutu üzrə izlər aşkar edilib.

"Həmin yerə baxış keçirilib, məlum olub ki, müəyyən yerdən sonra izlər itib. Hava şəraiti ilə əlaqədar bugünlük axtarışlar dayandırılıb. Sabahdan axtarışlar davam etdiriləcək" - S.Səfərova bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/225859.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR