Türkiyənin Rusiyadan “S-400” kompleksi alması ilə bağlı yekun müqavilə imzalanıb
Paylaş
·88 baxış·1 dəq oxu
Bakı. 29 dekabr. REPORT.AZ/ Türkiyənin Rusiyadan “S-400” hava-hücumundan müdafiə sistemi kompleksi alması ilə bağlı yekun müqavilə imzalanıb. “Report” “NTV” televiziyasına istinadən xəbər verir ki, imzalanma mərasimi Ankarada keçirilib. Müqavilənin dəyəri 2,5 milyard dollardır.