28 dekabr 2017-ci il tarixində Bakı Biznes və Kooperasiya Kollecində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibətiylə "Ən yeni il" adlı tədbir keçirilib.
Metbuat.az-ın məlumatına görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildikdən sonra “Buta” ritm qrupu və “Atəşgah” rəqs ansamblının ifasında möhtəşəm rəqslər və atəşfəşanlıq nümayiş etdirilib.
Şou-biznesin tanınmış simaları da öz çıxışları ilə tədbirə rəngarənglik qatıblar.
Müğənnilərdən Sabina Babayeva, Lətifə Soyuöz, Zenfira İbrahimova, Elçin Məhərrəmov, Mələk Məmmədova, Sami Oruc, Qismət qrupu, Aqşin Ferat, Arif Səlimov, Rəşad Yağmur, reperlərdən Ramil Nabran, Nadeer, Ziko Zs və başqaları maraqlı ifaları ilə tamaşaçıların zövqünü oxşayıblar.
Sonda Dj Freenin iştirakı ilə canlı disko şou təşkil edilib.