Bakıda yaşayan 52 yaşlı qadın özünü asaraq intihar edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dekabrın 31-də saat 20 radələrində baş verib.

Şövkət Ələkbərova küçəsində yerləşən mənzilində tək yaşayan 1965-ci il təvəllüdlü Nəbiyeva Ellada Ayaz qızı mətbəxin qapısından özünü asıb.

Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində