Maşın kanala düşdü, sərnişin yoxa çıxdı

Maşın kanala düşdü, sərnişin yoxa çıxdı
11:22 10 Yanvar 2015
191 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün İmişli rayonu ərazisində avtomobilin kanala aşması nəticəsində itkin düşdüyü ehtimal edilən şəxsin axtarışları hələ də davam edir. Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, hadisə rayonun Qaragüvəndikli kəndi ərazisində qeydə alınıb.

Bəhrəmtəpə qəsəbə sakini Ədalət Əmirovun idarə etdiyi “Mercedes” markalı avtomobil körpüdən keçərkən kanala aşıb. Qəza zamanı "Mercedes"in sürücüsü xilas ola bilib. Avtomobildə olan sərnişin, 23 yaşlı Əli Şirinovun isə suda boğulduğu ehtimal olunur. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin dalğıcları gəliblər.

Həmçinin əraziyə qaldırıcı kran cəlb edilib. Xilasedicilərin köməyi ilə avtomobil qaldırıcı kran vasitəsi ilə sudan çıxarılıb. Lakin suda batdığı güman edilən sərnişin avtomobilin içərisində tapılmayıb. Hazırda su kanalında boğulduğu ehtimal edilən şəxsin tapılması istiqamətində axtarışlar davam etdirilir.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR