Reyhan Camalovaya vəzifə verildi

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində yağış suyundan enerji alınmasına imkan verən “Rainenergy” qurğusu ilə Azərbaycanı təmsil etmiş Reyhan Camalova ilə görüşüb.

Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən verilən məlumata görə, görüş zamanı məktəb və universitetlərdə innovasiyaların təşviqi, ideyaların toplanılması və gənclərin, xüsusilə məktəblilərin bu prosesə cəlb edilməsi istiqamətində işlərə dair müzakirələr aparılıb.



Həmçinin, R.Camalova gənc innovativ məktəbli kimi Dövlət Agentliyinin İdeya müvəkkili vəzifəsinə təyin edilib. Belə ki, ona 2 il ərzində Dövlət Agentliyində ictimai əsaslarla fəaliyyət göstərməsi, innovativ ideyaları olan istedadlı gənclərin layihələrini üzə çıxarması və reallaşdırmasına dəstək göstərməsi üçün xidməti vəsiqə təqdim edilib.

Millimiz daha bir yoldaşlıq oyunu keçirəcək - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR