Uruqvay millisinin sabiq hücumçusu Diyeqo Forlan karyerasını Asiyada davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 38 yaşlı forvard Honkonqun "Kitçe" klubuna keçib.

Forlanın yeni komandasına yanvarın 10-da qoşulması gözlənilir.

Dekabrın sonunda uruqvaylı futbolçu "Penarol"a transferinin bir addımlığında idi, amma danışıqlar son anda pozulmuşdu.

"Kitçe" cari mövsüm Honkonq çempionatının lideridir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində