"Arsenal" və Xorvatiya millisinin sabiq futbolçusu Eduardo da Silva karyerasını Polşada davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu Varşava "Legia"sı ilə müqavilə imzalayıb. Anlaşma 1 il müddətinə nəzərdə tutulub. Yeni klubunda Eduardo 9 nömrəli forma ilə çıxış edəcək. Yaxın vaxtlarda "Legia"nın heətinə qoşluacaq hücumçu klubun Florida toplanışında iştirak edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində