Türkiyənin tanınmış modelyeri İvana Sert ikinci filmi üçün kamera qarşısına keçib.
Metbuat.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, özünü aktrisa kimi sınayan modelyer kamera önündə öpüşmə səhnəsinin olmasını qadağan edib.
“Kamera önündə öpüşmərəm. Oğluma və sevgilimə söz vermişəm. İnsanlar filmlərdə öpüşüb-sevişəcəyimi düşünür. Amma sevgilimi, oğlumu pis edəcək hərəkət etmərəm” -
deyə modelyer bildirib.
Qeyd edək ki, İvana hazırda “Antep fıstığı” komediya filmində çəkilir və iş adamı Yurdal Sertlə nikahından Ateş adlı bir oğlu var.


| Oya Ergün: - "Azərbaycanda tələbələrim var"/
MÜSAHİBƏ-FOTOLAR - Oxumaq üçün tıkla |