Ermənistanın paytaxtı İrəvanda yanvarın 19-da qiymətlərin artmasına qarşı etiraz yürüşü keçiriləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "News.am"-a "Çıxış" siyasi blokun mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, son günlərdə Ermənistanda istehlak mallarının kəskin bahalaşması cəmiyyətdə etiraz dalğasına səbəb olub.

Milli.Az