Varşavada "Bombardier" markalı sərnişin təyyarəsi qəza enişi edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, qəza enişinə səbəb qabaq şassinin çıxmaması olub. Qəza enişi zamanı təyyarədə 59 sərnişin və 4 heyət üzvü olub.
Xəsarət alanlar barədə məlumat yoxdur. Varşava hava limanı bağlanılıb.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin