"Neftçi" Antalyaya təlim-məşq toplanışına yollanıb

"Neftçi" Antalyaya təlim-məşq toplanışına yollanıb
09:12 17 Yanvar 2018
67 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ "Neftçi" səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportundan qış fasiləsindəki hazırlığın ikinci mərhələsini keçirəcəyi Türkiyəyə yola düşüb. 
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "ağ-qaralar" Belekdə yerləşən "Alva Donna” otelində məskunlaşacaq.
Türkiyəyə yollanan heyətdə 18 oyunçu - Səlahət Ağayev, Aqil Məmmədov, Rəşad Əzizli, Kirilo Petrov, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, İlkin Qırtımov, Rəşad Sadiqov, Emin Mahmudov, Derlis Meza Kolli, Namik Ələskərov, İqnasio Errera, Rəhman Hacıyev, Mirabdulla Abbasov, Elnur Süleymanov, Elçin Əsədov, Fərid Abbaslı və Fransisko Qarsiya yer alıb. 
Daha 4 futbolçu - Ömər Buludov, Elnur Cəfərov, Anton Krivotsyuk və Elvin Sərkərov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının düşərgəsində olduqlarınndan, təlim-məşq toplanışına sonradan qoşulacaqLAR.
Qeyd edək ki, Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk”, yanvarın 25-də Rumıniyanın "Konkordiya” və Bolqarıstanın "Slaviya”, yanvarın 27-də Rusiyanın "Krılya Sovetov”, yanvarın 30-da isə Makedoniyanın "Sileks" klubları ilə üz-üzə gələcək. Təlim-məşq toplanışına yanvarın 31-də yekun vurulacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-antalyaya-telim-mesq-toplanisina-yollanib-si-yahi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR