SKMF kreditləşmənin məbləğini 23% azaldıb

SKMF kreditləşmənin məbləğini 23% azaldıb
16:52 17 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2017-ci ildə müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 635,6 mln. manat olan 1950-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 146 mln. manat güzəştli kredit verilib. 
"Report" nazirliyə istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə investisiya layihələrinin sayı 22%, verilmiş kreditlərin məbləği isə 23,2% azalıb. 
Fondun ötən ilki fəaliyyəti 6 600-a qədər yeni iş yerinin açılmasına imkan yaradır ki, bu da əvvəlki ilə nisbətən 1 500 iş yerivə  yaxud 18,5% azdır. 
Verilmiş kreditlərin 65%-i respublikanın regionlarının, 35%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 67,6%-i aqrar sektorun, 32,4%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib. 
2017-ci ildə SKMF müasir istehsal, emal və infrastruktur sahələrinin yaradılması üzrə 48 investisiya layihəsinin maliyyələşdirilməsinə 120,4 mln. manat güzəştli kredit verib. 
Qeyd edək ki, son illər SKMF tərəfindən maliyyələşdirilən 61 istehsal, emal və infrastruktur müəssisəsi 2017-ci ildə fəaliyyətə başlayıb. 2018-ci ildə 40-a yaxın bu cür müəssisənin açılması gözlənilir.
Qurum sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi 2018-ci ildə davam etdiriləcəyini də açıqlayıb. Bu məqsəd üçün qaytarılan vəsaitlər hesabına 170 mln. manat kredit resursu təmin olunacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/skmf-kreditlesmenin-meblegini-23-azaldib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR