"Saxta vətənpərvərliklə ordunu məhv etdiyiniz bəsdir"

"Saxta, yalançı vətənpərvərliklə ordunu məhv etdiyiniz bəsdir".

Ermənistanda hakim respublikaçılar partiyasından olan deputat Şuşan Petrosyan parlamentin iclasında iştirak edənlərə “Xalq-Ordu” layihəsi çərçivəsində necə vətənpərvər olmaqla bağlı “dərs” keçib.

O, bildirb ki, əgər vətənini sevirsənsə, onu inkişaf edərək ayağa qalxmasını istəyisənsə, öz iddialarından, rahatlığından, şəraitindən, təminatından çox sevirsənsə qışqırma, vətən belə sevilmir.

Şuşan Petrosyanın bu çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərindən biri isə “canfəşanlıq etmək əvəzinə, səhhətinə görə oğlunu hərbi xidmətdən azad etməkdənsə, onu orduya göndər. Daha bəsdir, ordu və vətənpərvərliyə saxta yalançı bir yolla hücum edib boğub, onu məhv edəsiniz” deyə hakim partiya nümayəndəsini susdurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR