Azərbaycan yığması FİFA reytinqində geriləyib

Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb. 2018-ci ilin ilk cədvəlində dünyanın 211 komandası yer alıb.

Ötən ay açıqlanan cədvəllə müqayisədə siyahıda cüzi dəyişikliklər baş verib. Bu da hesabat dövründə yığmalar səviyyəsində görüşlərin azlığı ilə bağlıdı.

Qeydə alınan azsaylı dəyişikliklər Azərbaycan millisinin mövqeyinə də təsir edib. 2017-ci ilin son siyahısında 281 xalla planetin 117-cisi olan Qurban Qurbanovun yetirmələri eyni göstərici ilə 1 pillə geriləyib və 118-ci yerdə qərarlaşıb.

Bu geriləmə Nikaraqua və Namibiyanın Azərbaycanı arxada qoyması hesabına gerçəkləşib. Bəhreyn isə əksinə, yığmamızdan geri düşüb.

Millimiz və “qonşular”ı

112 (112). Vyetnam – 298

113 (107). Iordaniya - 294

114 (114). Türkmənistan – 292

115 (119). Nikaraqua - 287

116 (115). Qırğızıstan - 282

116 (113). Ruanda - 282

118 (117). Azərbaycan – 281

119 (126). KXDR - 269

120 (121). Yeni Zelandiya – 267

121 (122). Mərkəzi Afrika Respublikası – 266

122 (115). Bəhreyn – 264

123 (124). Filippin - 263

Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik yaşanmayıb. Yalnız bir yığma – Çilinin xal hesabı dəyişsə də, 15 xal itkisi cənubi amerikalıların mövqeyinə təsir etməyib.

İlk “onluq”

1 (1). Almaniya – 1602

2 (2). Braziliya – 1483

3 (3). Portuqaliya – 1358

4 (4). Argentina – 1348

5 (5). Belçika – 1325

6 (6). İspaniya - 1231

7 (7). Polşa - 1209

8 (8). İsveçrə - 1190

9 (9). Fransa – 1183

10 (10). Çili – 1147

Qonşu Türkiyə yığması 1 pillə irəliləyib. “Ay-ulduzlular” 735 xalla 41-cidi.

Millimizin 2018-ci ildə yoldaşlıq görüşündə qarşılaşacağı dəqiqləşən komandalardan Moldova 112 xalla 166-cı, Kosovo 97 xalla 178-cidi. Sonuncular 1 pillə geriləyibsə, moldovalılar eyni qədər irəliləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR