Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb

Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb
19:32 18 Yanvar 2018
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş başa çatıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter"də yazıb. 

*** 16:08
Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş başlayıb.
"Report" xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə edilir. 
XİN başçılarının danışıqlarından əvvəl isə E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri - Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) ilə görüşüb.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının sonuncu görüşü dekabrın 7-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Avstriyanın paytaxtı Vyanada keçirilən iclası çərçivəsində baş tutmuşdu.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/krakovda-azerbaycan-ve-ermenistan-xarici-isler-nazirlerinin-gorusu-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR