“ABŞ-ın fəaliyyəti Türkiyə ilə müttəfiqlik münasibətlərinə ziddir”.

Metbuat.az-ın məlumatına görə, Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib ki, Vaşinqton regionda sabitliyə töhfə verməli, sülhün yanında olmalı və Türkiyə ilə münasibətləri yaxşılaşdırmalıdır. Onun sözlərinə görə, Birləşmiş Ştatlar son 3 gündə bir-birinə zidd bəyanatlar verib.

Bu da öz növbəsində düşüncələrdə nizamsızlığının əlamətləridir. Buna baxmayaraq, Türkiyə qərarlıdır və sərhədlərində terrorçulardan ibarət ordunun formalaşdırılmasına imkan verməyəcək.

Sübhan / METBUAT.az