"Saxo Bank": Neft ölkələrinin struktur islahatlara az vaxtı qalıb

"Saxo Bank": Neft ölkələrinin struktur islahatlara az vaxtı qalıb
17:17 19 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ "Neftdən asılı olan ölkələrin növbəti maliyyə böhranına qədər struktur islahatlarını aparmağa az vaxtı qalıb ".
Bunu "Report"a açıqlamasında Danimarka "Saxo Bank"ının makrotəhlil şöbəsinin rəhbəri Kristofer Dembik (Christofer Dembik) bildirib.
K.Dembik qeyd edib ki, "Saxo Bank" üçün əsas iqtisadi indikatorlardan biri kredit impulsu göstəricisidir. Kredit impulsu, özəl sektor tərəfindən verilən yeni kreditlərin xalis axınını izləyir. İqtisadi artımın ikinci önəmli göstəricisi olan kreditləşmənin ÜDM-də xüsusi çəkisinə diqqət edilir. Bankımızın daxili modeli onu göstərir ki, bu göstərici 2017-ci ilin yaz aylarından etibarən azalır. Bu da o deməkdir ki, yaxın vaxtlarda qlobal iqtisadi geriləmənin şahidi olacağıq". 
"Saxo Bank"ı ən çox narahat edən Çində kreditləşmənin azalmasıdır. Azalma, Çin hökumətinin planı əsasında həyata keçirilir. Çin, dünya iqtisadi artımın 1/3 hissəsini təşkil etdiyindən, bu ölkədə iqtisadi artımın yavaşlaması qlobal iqtisadiyyata mənfi təsir göstərəcək. İqtisadi resessiyanın başlama vaxtını ehtimal etmək çətin olsa da, bir çox ölkənin iqtisadi artım dövrünün sonuna yaxınlaşdığını deyə bilərik. Başqa sözlə, Çin başda olmaqla, mənfi nəticələrə hazırlıqlı olmalıyıq. Neftdən asılı olan ölkələrin isə növbəti böhrana qədər struktur islahatları aparmaq üçün az vaxtı qalıb. Onların bir çoxu S.Ərəbistanı kimi hərəkət edib, çox gözləmədən iqtisadiyyatlarını diversifikasiya etməlidir", - deyə şöbə rəhbəri qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/saxo-bank-neft-olkelerinin-struktur-islahatlara-az-vaxti-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR