Əfqanıstan Azərbaycanın tranzit imkanlarından yararlanmaq niyyətindədir

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Azərbaycanda səfərdə olan Əfqanıstanın maliyyə nazirinin müavini Nəcibullah Vərdəkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən verilən məlumata görə, görüşdə Azərbaycan-Əfqanıstan əlaqələrinin hazırkı durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

A.Əliyev iki ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühiti və sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, tranzit potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edən DGK sədri sözügedən sahələrdə mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.

Ölkəsinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini bildirən qonaq iki ölkə arasındakı münasibətlərin hazırkı durumundan, bu sahədə perspektivlərdən söhbət açıb, eləcə də Azərbaycan və Əfqanıstan gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

N.Vərdək ölkələr arasında əməkdaşlığın, o cümlədən iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi yeri olduğunu qeyd edib, qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib. Əfqanıstan Gömrük Xidmətinə göstərilən yardımlara görə təşəkkürünü də ifadə edən qonaq Əfqanıstan tərəfinin Azərbaycan gömrüyündə həyata keçirilən yeniliklərdən faydalanmaq və tətbiq etmək, eləcə də kadr potensialının gücləndirilməsi işində azərbaycanlı gömrük mütəxəssislərinin köməyindən yararlanmaq niyyətində olduğunu diqqətə çatdırıb.

Əfqanıstan maliyyə nazirinin müavini Azərbaycanın əlverişli iqtisadi-coğrafi mövqeyə malik olduğunu vurğulayaraq, ölkənin tranzit imkanlarının daha da genişləndirilməsi istiqamətində görülən işlərdən də məmnunluğunu ifadə edərək Əfqanıstan tərəfinin Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etmək arzusunda olduğunu diqqətə çatdırıb.

Görüş başa çatdıqdan sonra qonaqlar Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsilə bağlı layihələr və “Hədəf” Mərkəzi ilə tanış olublar.

Qurban Qurbanov: "Hamı kimi “Kurtlar Vadisi”nə baxırdım" - MÜSAHİBƏ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR