Bakıda bayker motosikleti aşıraraq ağır xəsarət alıb

Bakıda bayker motosikleti aşıraraq ağır xəsarət alıb
07:57 20 Yanvar 2018
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 yanvar. REPORT.AZ/ Bakının Yasamal rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, 1992-ci il təvəllüdlü Salayev Rahil Əlirəhman oğlu idarə etdiyi motosikletlə Nəriman Nərimanov prospektində yüksək sürətlə hərəkətdə olan zaman onu aşırıb.
Nəticədə sürücü kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən avtotexniki ekspertiza təyin edilib.
Araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-bayker-motosikleti-asiraraq-agir-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR