İstanbul metrosunda 20 Yanvar faciəsi ilə bağlı foto sərgi açılıb

İstanbul metrosunda 20 Yanvar faciəsi ilə bağlı foto sərgi açılıb
16:47 20 Yanvar 2018
53 Ölkə
Ölkə mətbuatı
A- A+

İstanbul. 20 yanvar. REPORT.AZ/ İstanbulda hər gün minlərlə sərnişinin mənzil başına çatdıran “Yeni Kapı” metro stansiyasının vestibülündə 1990-cı il 20 yanvar gecəsinin dəhşətlərini əks etdirən “Qanlı Yanvar” adlı foto sərgi açılıb. 
"Report"un Türkiyə bürosunun məlumatına görə, fotolar metronun giriş və çıxışında sərgilənib. 
Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə təşkil olunan sərgidə 50-yə yaxın fotoda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə rus hərbi hissələrinin Bakıda və bölgələrdə dinc əhaliyə törətdiyi insanlığa sığmayan vəhşiliklər əks olunub. 
Sərgi sərnişinlərin diqqətini çəkib. Fotoların qarşısında ayaq saxlayan insanlara konsulluq əməkdaşlara tərəfindən məlumatlar verilib. 20 yanvar geçəsində baş verənlərin əks olunduğu tarixi faktlar lövhələrdə əks olunub. 
Sərgi 5 gün davam edəcək. 










Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/i-stanbul-metrosunda-20-yanvar-faciesi-ile-bagli-foto-sergi-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR