Sosial Sığınacaq və Reabilitasiya Mərkəzinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Sosial Sığınacaq və Reabilitasiya Mərkəzinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
17:29 20 Yanvar 2018
62 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün . Lent.az-ın məlumatına görə, kollektivlə yanaşı, sığınacağın balaca sakinləri də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərinin məzarları önünə gül dəstələri düzüb, şəhidlərin ruhuna dualar oxuyublar. 
 
 
Mərkəzin direktoru Xəyalə Qənbərova Lent.az-a açıqlamasında Ulu öndər Heydər Əliyevin 20 Yanvarla söylədiklərini xatırladıb: "Ulu öndər Heydər Əliyev deyirdi: "20 Yanvar faciəsi mənim üçün xalqımızın ən ağır faciəsidir. Amma eyni zamanda 20 Yanvar Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsinə qalxmasının əyani nümayişidir". Azərbaycan xalqı bu zirvəyə qalxmağı bacardı".
 
 
Gənc nəsli bu fikirlər əsasında tərbiyə etdiklərini deyən Mərkəzin direktoru qeyd edib ki, sığınacağın uşaqlarını şəhidlərin ziyarətinə gətirməkdə məqsəd gələcəkdə onların da vətənpərvər olması üçün Azərbaycanın keçdiyi bu şərəfli tarixi bu balacalara göstərmək və öyrətməkdir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292807

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR