Gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyi maraqlı anlarla yadda qalıb

Gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyi maraqlı anlarla yadda qalıb
01:57 21 Yanvar 2018
116 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 yanvar. REPORT.AZ/ Sərhədçi İdman Olimpiya Kompleksində keçirilən U-21 gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyi maraqlı anlarla yadda qalıb.
"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, iki gün davam edən yarış gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib.
Paytaxt birinciliyinin qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin medal və diplomları təqdim olunub.
Cüdo üzrə Bakı şəhər açıq birinciliyində 32 klubdan 318 gənc cüdoçu (295 oğlan və 23 qız) medallar uğrunda mübarizə aparıb.
"Report" "CÜDO TV"nin yarışdan hazırladığı reportajı sizə təqdim edir.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/gencler-arasinda-cudo-uzre-baki-seher-aciq-birinciliyi-maraqli-anlarla-yadda-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR