Bakıda qız üstündə dava – Təfərrüat

Bakıda qız üstündə dava – Təfərrüat
12:48 21 Yanvar 2018
174 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Cavanşir körpüsünün altında 1991-ci il təvəllüdlü Nicat Əkbərov naməlum şəxslə mübahisə edib.

Mübahisə zamanı həmin şəxs Nicat Əkbərovu bıçaqlayıb və hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

İlkin məlumata görə, hadisə qız üstündə yaranan mübahisə zəminində baş verib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/228471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR