Naxçıvanda ötən ilin iqtisadi artımı

2017-ci ildə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 2 mlrd. 701 mln. manatdan artıq olub.

Metbuat.az-ın Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu da bir il öncəki göstəricidən 1,5% çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun dəyəri əvvəlki ilə nisbətən 3,6% artaraq 5 min 990 manat olub. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,6%-lik payla sənaye tutub və maddi istehsalın payı 58,7% təşkil edib.

Qızıl 4 dollar bahalaşdı - SON QİYMƏT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR