NATO rəsmisi: "Türkiyənin öz təhlükəsizliyini qorumağa haqqı var"

NATO rəsmisi: "Türkiyənin öz təhlükəsizliyini qorumağa haqqı var"
01:28 24 Yanvar 2018
97 Dünya
Ölkə mətbuatı
A- A+

"Türkiyənin öz təhlükəsizliyini qorumağa haqqı var, lakin Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatı təhdidlərə cavab xarakteri daşımalıdır".

Publika.az xəbər verir ki, bunu Türkiyədə ikigünlük işgüzar səfərdə olan NATO baş katibinin müavini Rouz Getemüller deyib.

"Türkiyə öz sərhədlərində terror təhlükəsi ilə ən çox üzləşən ölkədir və daim bununla mübarizə aparır".

R.Getemüller əlavə edib ki, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla daima əlaqə saxlayır və münasibətlərdən razıdır. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR