Bakıda iki məktəbin ətrafında piyadaların təhlükəsizliyi araşdırılıb

Bakıda iki məktəbin ətrafında piyadaların təhlükəsizliyi araşdırılıb
09:54 24 Yanvar 2018
48 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakı Nəqliyyat Agentliyi Təhsil Nazirliyi ilə birgə 189 və 190 nömrəli orta məktəblərin ətrafında nəqliyyat şəraitinin öyrənilməsi, yol infrastrukturunun yaxşılaşdırılması və ən əsası piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə araşdırma aparıb.
 
 
BNA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əldə edilən nəticələr əsasında pilot təklif layihəsi hazırlayıb. Qeyd edilən ərazidə bir sıra nəqliyyat problemləri ( səkilərdə və yolun ikinci hərəkət zolağında qanunsuz parklanmalar; xəbərdarlıq nişanlarının zəruri sayda olmaması; məlumatverici nişanlar və məktəb ilə əlaqədar yol nişanlanmalarında çatışmazlıqlar , fiziki imkanları məhdud olan insanlar üçün əlverişli şəraitin qənaətbəxş olmaması; qeyri-rasional yol istiqamətləri sürücüləri çaşdırır və çoxsaylı qayda pozuntusuna şərait yaradır; uşaqların şəxsi nəqliyyat vasitələrinə mindirilməsi və düşürülməsi  üçün xüsusi ərazilər ayrılmayıb; ətraf küçələrdə sürət həddinin nisbətən yüksək olması) aşkar edilib ki, bu cür hallar piyadaların iştirakı ilə hər hansı yol nəqliyyat hadisəsinin baş verməsinə gətirib çıxara bilər.
 
 
 
Layihədə öz əksini tapan tədbirlərin həyata keçirilməsi qeyd edilən ərazidə yol hərəkəti şəraitinin yaxşılaşdırılmasına, piyadaların, xüsusilə də uşaqların təhlükəsizliyinin təmin edilməsinə köməklik göstərəcək.
 
 
Qeyd edək ki, 189 və190 nömrəli orta məktəblərin ətrafında piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol infrastrukturunda və yol hərəkətinin təşkilinə dair pilot təkliflər layihəsi Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi komissiyasında baxılaraq təsdiq edilib. Yaxın vaxtlarda Bakı Nəqliyyat Agentliyin koordinasiyası ilə nəzərdə tutulan dəyişikliklərin edilməsinə başlanılacaq. 
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/293050

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR