“Son vaxtlar azyaşlı uşaqlara qarşı zorakılıq hallarının şahidi oluruq. Bununla bağlı qanunda hansı dəyişiklikləri edək ki, həmin şəxslər daha sərt cəzalansın”.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Aqiyə Naxçıvanlı deyib.

Komitə sədri bildirib ki, belə məsələlərə baxmağa ehtiyac var: “Bu, bizi narahat edir”.

Çıxış edən deputat Sədaqət Vəliyeva da məsələyə toxunub: “Bu, ağrılı, utanverici haldır. Belə halların qarşısının alınması vacibdir. Buna görə qanunvericilikdə dəyişiklik edilməli, cəzalar sərtləşdirilməlidir”.