Avropa Şurası Parlament Assambleyasında (AŞPA)
Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti
Səməd Səmədov AŞPA tribunasında çıxışı zamanı Türkiyənin Afrin
əməliyyatını “işğal” adlandıranlara cavab verib.
Publika.az xəbər verir ki, Türkiyənin terrora
qarşı mübarizə apardığını bildirib.
“Burada bəzən çox qəribə mövqelər görürəm. hamımız bu gün terrordan
əziyyət çəkirik. Təkcə Türkiyə deyil, Hollandiya, Belçika,
İngiltərə, Fransa, Azərbaycan... Terror Avropa sərhədində bir
xərçəng xəstəliyidir və bir ölkə bu xəstəliyin qarşısını almaq üçün
əlindən gələn hər şeyi edirsə, biz bu ölkənin mübarizəsinə “işğal”,
yaxud “müdaxilə” deyə bilmərik. Türkiyə iki terror təşkilatı – İŞİD
və PKK ilə mübarizə aparır. Bunlar Avropa və bəşəriyyət üçün böyük
təhdidlərdir. Türkiyə də bu təhdidi aradan qaldırmaq üçün hərəkətə
keçib. Xeyr, xanımlar və bəylər, buna “işğal” deyə bilməzsiniz. Bu
gün Türkiyənin dəstəyimizə ehtiyacı var. Terroru sıradan çıxarmağın
yeganə yolu budur və Türkiyənin buna nail olacağına ümid edirəm”, -
deyə o bildirib.
S.Seyidov bu çıxışını sosial şəbəkə hesabında “Yaşasın bir millət,
iki dövlət” qeydi ilə paylaşıb.
Asif