Peruda yük gəmisi ilə balıqçı gəmisi toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, toqquşma nəticəsində azı 3 nəfər həlak olub.

Məlumata əsasən, indiyədək 3 nəfərin meyiti aşkarlanıb (Karlos Sadoval Suklupe, Xuan Sandoval Suklupe və Valter Sandoval Akosta). İtkin düşənlərin olduğu bildirilir.

İlkin məlumata əsasən, toqquşma yanvarın 24-də baş verib. Liberiya bayrağı altında üzən yük gəmisi ilə toqquşan balıqçı gəmisi batıb. Yük gəmisinin heyəti arasında zərərçəkən olmayıb.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin