Azərbaycanda içərisində pul və müxtəlif əşyalar olan pul kisəsi tapılıb.
Metbiuat.az bildirir ki, pul kisəsini Cəlilabad sakini, 25 yaşlı Fəqan Cabbarov ötən gün işə gedərkən paytaxtın Nəsimi rayonu Tbilisi prospektindən tapıb.
Kisənin içərisində pul və paytaxtın Yasamal rayonunda qeydiyyatda olan 58 yaşlı Gülxanım Rəhimovaya məxsus müxtəlif sənədlər var.
Fəqan Cabbarov sahibini taparaq pul kisəsini ona qaytarmaq istəyir. Bunun üçün sosial şəbəkələrdə də məlumat paylaşıb. //Xezerxeber
Günün qoroskopu - Hisslərinizin əsiri olmayın - Oxumaq üçün tıkla