"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda "Borussiya"ya (Dortmund, Almaniya) məğlub olub.

Metbuat.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

Bundesliqa təmsilçisinin heyətində Seru Qirassi (10, 53) dubl müəllifi olub. Azərbaycan çempionunun yeganə qolu isə Eyden Makkartinin (39) adına yazılıb.

Qeyd edək ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirindəki növbəti görüşünü noyabrın 4-də, səfərdə Norveçin "Vikinq" klubuna qarşı keçirəcək.

22.15

UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah" və “Borussiya Dortmund” (Almaniya) komandaları arasında oyunda yenidən qol vurulub.

Metbuat.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 53-cü dəqiqəsində qonaqların heyətində Seru Girassi dubla imza atıb – 1:2.

21.55

"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda ikinci hissə başlayıb.

Metbuat.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda 1:1 hesablı heç-heçə davam edir.

Qarşılaşmanı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edir.

21:31

"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda ilk hissə başa çatıb.

Bakı Olimpiya Stadionunda keçirilən matçda tərəflər fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Qarşılaşmanı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edir.

21.17

"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda ilk qol vurulub.

Metbuat.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda qonaq komanda hesabda irəli çıxıb - 1:0.

10-cu dəqiqədə Seru Qirassi fərqlənib.

20:45

"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunu başlayıb.

Qarşılaşmanı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edir.

19.50

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda qarşılaşacaq “Sabah” və Almaniyanın “Borussiya” (Dortmund) komandalarının start heyətləri açıqlanıb.

Metbuat.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar.

“Sabah”: Stas Pokatilov (k), Stiv Solvet, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Du Keyros, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.

“Borussiya”: Qreqor Kobel (q), Valdemar Anton, Niko Şlotterbek (k), Rami Bensebayni, Feliks Nmeça, Seru Qirassi, Karni Çukvuemeka, Fabio Silva, Daniel Svensson, Coui Verman, Yulian Ryuerson.

Qeyd edək ki, görüş saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.