"Bavariya"nın prezidenti Uli Höness futbolda dövr edən vəsait barədə danışıb.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Höness ərəb şeyxlərinin və oliqarxların futbola vəsait ayırmasına münasibət bildirib. O, belə şəxslərin futboldan nə vaxtsa gedəcəyinə inandığını vurğulayıb:
"Maliyyə cəhətdən onlarla ayaqlaşmaq gücündə deyilik. Belə məqamda yalnız biclik kömək edir. Futbol şeyxlər və oliqarxlar üçün meydan olmamalıdı. İnanıram ki, gün gələcək, şeyxlər futbolda aparıcı rola sahib olmayacaqlar".
Bir müddət əvvəl Höness bildirmişdi ki, "Bavariya" transfer bazarında ağlasığmaz məbləğ sərf edə bilməz.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində