Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya prezidenti Vladimir Putinlə telefonda danışıb.

Metbuat.az-ın məlumatına görə, telefon danışığında Soçidə təşkil edilən Milli Dialoq Konqresi, “Zeytin Budağı” əməliyyatı və İdlib daxil olmaqla Suriyadakı son vəziyyət müzakirə edilib.

İki lider, Milli Dialoq Konqresində yaşanan bəzi problemlərə baxmayaraq, əldə edilən nəticənin əhəmiyyətli uğur olduğunu bildiriblər. Liderlər Konstitusiya Komitəsinin yaradılması barədə atılan addımın əhəmiyyətli nəticə olduğunu qeyd ediblər.

Gərginliyin azaldılması bölgəsi olan İdlibdə baş verən təhlükəsizlik problemlərinə toxunan dövlət başçıları, Türkiyənin müşahidə nöqtələrini yaratmaq prosesinə təkan vermək məsələsindən də razılıq bildiriblər.

Prezident Ərdoğan, “Zeytun budağı” əməliyyatı ilə bağlı məlumatları Putinə çatdırıb. Liderlər qarşılıqlı anlaşma və əməkdaşlığın əhəmiyyətinə diqqət çəkiblər.

Günay Elşadqızı / METBUAT.AZ