“Report”un Qərb bürosu xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən briqadası cəlb olunub.
Yanğının qarşısı tam alıb.
İlkin məlumata görə, yanğın binanın elektrik naqilləri blokunda yaranmış qısaqapanma səbəbindən baş verib. Yanğın zamanı xəsarət alan olmayıb.
*** 11:05
“Kapital Bank”ın Tovuz rayonundakı filialında yanğın baş verib.
“Report”un Qərb bürosu xəbər verir ki, əraziyə yanğınsöndürən briqadalar cəlb olunub.
Bankın işçiləri təxliyə olunublar.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yayılmayıb.