Şəbnəm Tovuzlu onun haqqında yazanları məhkəməyə verib.
Metbuat.az xəbər verir ki, müğənni Şəbnəm Tovuzlu ötən gün jurnalistlərdən umu-küsü edib.
Buna görə müğənni ilə əlaqə saxladıq o bildirib ki, bu jurnalistlər niyə məni rahat yaşamağa qoymur. Vaxtı gələndə mən ərimin kimliyini hamıya açıqlayacam.
“Jurnalistlərin çoxu mənim dostumdur. İşini bilənə, peşəsini bilənə sözüm yoxdur. Bəzi dırnaqarası jurnalistlərə demək istəyirəm ki, ərimi tanımadan, 3 aydan, 5 aydan bir yazırlar bu da Şəbnəmin əri. Onu harda görmürsünüz? O, heç burda yaşamırda. Ayda bir dəfə ya mən gedirəm, ya o gəlir. Bu nə dərəcədə düzgündür ki? Düşmənsiz insan olmaz. Mən heç kimə düşmən kəsilməmişəm. Ama yenə də kiminsə gözü götürmür. Olar ki, atıblar ki, bu, Şəbnəmin əridir. Bunları da dəqiqləşdirməmiş tez qoyublar. Bir özümə zəng edib özümdən soruşsunlar. Ərimi göstərməyə qalsa, tələsməyin, hər şeyin vaxtı var. Bu belə qalmayacaq ki, görəcəksiniz də, biləcəksiniz də. Artıq məhkəməyə müraciət etmişəm. Orda da fikirimi söyləyəcəm. Mənim 15 yaşında qızım var, oğlum var. Şəkilimi elə hər gələnlə montaj edib qoyurlar sayta. Jurnalist olanda nə olar. Bir düşünün, mənim də çevrəm, ətrafım var. O demək deyil ki, mən hörmətdən düşürəm. Sadəcə övladımın atası da fikirləşir ki, bu nədir, hər 4-5 aydan bir bir kişi şəkli ilə verirlər məni. Güclü də vəkil tutmuşam, görəcəksiniz nələr edəcəm. Həmin insanları necə lazımdır süründürəcəm. Başımı salıb öz həyatımı yaşayıram da, məndən nə istəyirsiniz? Əsas odur xoşbəxt ailəm var.”
| Müğənninin bu geyimi qınağa səbəb oldu - FOTOLAR - Oxumaq üçün tıkla |