Ölkə rəhbərliyinin bu vaxta qədər Məhəmməd Əmin Rəsulzadə və digər cümhuriyyət qurucularının fəaliyyətinə verdiyi dəyər danılmazdır.

Metbuat.az xəbər verir ki, ölkə prezidenti İlham Əliyevin 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti ili elan etməsi də bunun bariz nümunəsidir.

İndiyə kimi ölkə rəhbərliyi tərəfindən atılan addımları qısaca təqdim edirik:

Heydər Əliyevin prezidentliyi dövründən başlayaraq, cümhuriyyət tarixinə dair arxiv sənədləri işıq üzü görməyə başlayıb. Rəsulzadə və digər cümhuriyyətçilərin xalqın yaddaşında bərpa prosesi də həmin vaxtdan öz başlanğıcını götürüb.

1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" fərman imzalayıb.

2003-cü ildə Bakıda cümhuriyyətin 85 illiyinə həsr olunmuş beynəlxalq tədbir keçirilib.

İlham Əliyevin prezidentliyi dövründə ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı çap olunub.

Prezidenti İlham Əliyev 2013-cü ilin 22 noyabrında "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

Sərdar Məmmədov / Metbuat.az